Lamiyə Şəmşir qızı Şərəfxanova

Ümumi təhsil sektorunun müdiri 

 

Şərəfxanova Lamiyə Şəmşir qızı 11 sentyabr 1980-ci ildə anadan olub. 

2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq fakültəsində bakalavr, 2007-ci ildə isə fərqlənmə diplomu ilə magistr dərəcəsini bitirib. 2005-2007-ci illərdə  müxtəlif yerli və beynəlxalq təşkilatlarda təhsil proqramları üzrə əlaqələndirici və rəhbər vəzifələrdə çalışıb.

2007-2009-cu illərdə ABŞ Dövlət Departamentinin E.Muskie Proqramının təqaüdünü qazanıb və ABŞ-ın Alabama Dövlət Universitetində təhsil siyasəti üzrə magistr proqramından məzun olub.

2009-2014-cü illərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində “Tətbiqi tədqiqatların orta məktəblərdə tətbiqi”  üzrə layihənin rəhbəri kimi fəaliyyətini davam etdirib. Bu müddət ərzində Təhsil Nazirliyinin müxtəlif işçi qruplarında, “Dərsliklərin qiymətləndirilməsi”, “Məktəbdaxili qiymətləndirmə forma və üsullarının hazırlanması” və  “Səmərəli Məktəb” modellərinin  yaradılması kimi işçi qruplarının üzvü olub. Müxtəlif təhsil proqramları üzrə beynəlxalq təlimçidir.

2010-cu ildən bu günədək Xəzər Universitetinin Təhsil fakültəsində  “Təhsilə giriş”, “Təhsil fəlsəfəsi”, “Sinfin idarə olunması”, “Xüsusi təhsil” kimi fənləri Azərbaycan və İngilis dilli qruplarda tədris edir.

2014-cü ilin sentyabrından 2015-ci ilin mart ayınadək Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2015-2016-cı illərdə BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası təhsil nazirinin  2017-ci il 22 fevral tarixli əmri ilə Ümumi təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. 

Ailəlidir, iki övladı var.