Arzu Ələmdar qızı Tairquliyeva-Nağıyeva

İnkişaf layihələri sektorunun müdiri

 

Tairquliyeva-Nağıyeva Arzu Ələmdar qızı 3 may 1986-cı ildə anadan olub.   

2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini Qafqazşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini Amerikaşünaslıq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) Fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) 2012-2013-cü illərdə magistr təhsili alıb.

2016-2018-ci illərdə  ADA universitetində Təhsilin İdarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

2010-2013-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquqi və təşkilati təminat şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi kimi çalışıb.

2013-2017-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası təhsil nazirinin  2018-ci il 2 oktyabr tarixli əmri ilə İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, bir övladı var.