Raman Ağamalı oğlu Məmmədov

İnsan resursları sektorunun müdiri

 

Məmmədov Raman Ağamalı oğlu 28 may 1981-ci ildə anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası təhsil nazirinin 2019-cu il 1 noyabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinin icrası həvalə edilib.

Ailəlidir.