Namiq Xanlar oğlu Ağayev

İnformasiya təminatı sektorunun müdiri

 

Ağayev Namiq Xanlar oğlu 22 iyun 1991-ci ildə anadan olub.

2013-cü ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) “Riyaziyyat və İnformatika” ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr, 2016-cı ildə isə həmin universitetin “Kompüter mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.

2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda, 2018-2019-cu illərdə isə İdarənin Keyfiyyətə nəzarət sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.

30-a yaxın yerli və beynəlxalq layihənin iştirakçısı, təşkilatçısı və rəhbəri olub.

Azərbaycan Respublikası Təhsil nazirinin 2019-cu il 22 may tarixli əmri ilə İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin edilib.