Bəşarət Şubay oğlu Məmmədov

İctimaiyyətlə əlaqələr sektorunun müdiri

 

Məmmədov Bəşarət Şubay oğlu 26 may 1975-ci ildə anadan olub.

1992-ci ildə orta məktəbi bitirib. 1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

Şəki rayonu Çay Qaraqoyunlu kənd orta məktəbində tarix müəllimi, “Respublika” qəzetində baş müxbir və şöbə müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində milli məsləhətçi vəzifəsində çalışıb.

2005-ci ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən "Qızıl qələm" mükafatına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına, beynəlxalq münasibətlərinə və həyata keçirilən islahatlara dair yüzlərlə məqalənin və analitik yazının müəllifidir.

2015-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Media və təhsil, mətbuatın müxtəlif problemlərinə həsr olunmuş təlim və konfransların iştirakçısıdır.

Azərbaycan Respublikası təhsil nazirinin 2016-cı il 16 sentyabr  tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Ailəlidir, 3 övladı var.