Sevinc Həmid qızı Rəsulova

Ümumi sektorun müdiri

 

Rəsulova Sevinc Həmid qızı 31 iyul 1967-ci ildə anadan olub.

1984-1989-cu  illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1994-cü ildə  başlayıb. 1994-1998-ci illərdə Bakı  şəhəri  Nəsimi rayonu  8 nömrəl orta   məktəbdə  müəllim, 1998-2006-cı  illərdə  Bakı  şəhəri Nəsimi rayonu 133 nömrəli məktəbdə müəllim, fənn metodbirləşmə sədri, direktor müavini vəzifələrində işləyib.

              2007-ci ildən  Bakı Şəhəri  üzrə Təhsil  İdarəsinin  Həmkarlar İttifaqı   Komitəsinin   sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin üzvüdür.

2004-2008-ci illərdə Azərbaycan Dövlət  Pedaqoji  Universitetinin dissertantı olub, 2008-ci  ildə namizədlik dissertasiyasını müdafiə edərək Pedaqogika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.  

2014-cü ildən Bakı Şəhəri üzrə Təhsil   İdarəsinin  Yeni Azərbaycan Partiyasının  sədridir.

2014-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim kimi fəaliyyət göstərir.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası, Elmlər doktoru proqramı üzrə dissertantıdır.

“Müstəqil Azərbaycan  Respublikasının Təhsil  islahatlarındakı əaliyyətinə,  Böyük öndər, Ümummilli   liderin   ümumbəşəri    ideyalarına sədaqətli xidmətinə görə H.Ə.Əliyevin 85-ci ildönümü  münasibəti ilə  2008-ci ildə qızıldan  “Əbədı   Prezident”   döş  nişanı  ilə, 2013-cü  ildə  Prezident İlham Əliyevin Azərbaycanın təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamına əsasən, ”Tərəqqi” medalı  ilə, 11.01.2016-cı ildə Avropa Elmi Cəmiyyətinin Rəyasət Heyətinin və Avropa Təbii Elmləri Akademiyasınıın birgə qərarı ilə Avropa Təbii Elmləri Akademiyasınıın həqiqi üzvü seçilmiş, təhsilin inkişafına verdiyi töhfəyə görə  “Şərəf” ordeni və “Leibniz, Gottfried Wilhelm” döş nişanı ilə  təltif olunub.

25  elmi, 20  publisistik  məqalənin, “Ədəbiyyat dərslərində ifadəli oxu” adlı elmi-metodik, “İqtisadçı alim, muzeyşünas və publisist” adlı kitablarıın, 4 metodik vəsaitin, 1 dərs proqramının müəllifi, bir neçə elmi-metodik, publisistik, məktəb dərsliklərinin, bədii kitabların redaktoru və rəyçisidir.

Azərbaycan Respublikası təhsil nazirinin 013 nömrəli  8 avqust 2006-cı il tarixli əmri ilə Ümumi sektorun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.