16.08.2017

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – “Təhsil Nazirliyi”) dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

 

Müsabiqənin mövzuları aşağıdakılardır:

• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləş¬dirilməsi;

• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;

• Məktəb-icma(valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;

• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;

• İstedadlı uşaqlarla işin təşkili;

• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi; 

• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;

• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;

• Məktəblərarası əməkdaşlığın inkişafı.

 

Layihələrin müddəti:

 

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.

 

Layihələrin məbləği:

 

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.

 

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

 

• Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

• Fərdi kateqoriya üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.

• Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.

• Təhsil Nazirliyi ilə müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.

 

Müsabiqənin müddəti:

 

• Layihə təklifləri 2017-ci il avqust ayının 15-dən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix: aşağıda qeyd edilən sənədlər doldurulmaqla 10 sentyabr 2017-ci il,  saat 18:00 gec olmayaraq grants@edu.gov.az elektron poçtuna göndərilməlidir.

• Layihə təklifləri “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır.

• Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

 

Müraciət üçün təqdim olunmalı sənədlər

1) Ümumi təhsil müəssisələri kateqoriyası üzrə

1 nömrəli əlavə  – Ərizə forması

2 nömrəli əlavə  – Layihə təklifinin forması

5 nömrəli əlavə  – Xərclər smetası

6 nömrəli əlavə  – İcra planı

 

2) Fərdi kateqoriya üzrə

3 nömrəli əlavə – Ərizə forması

4 nömrəli əlavə – Layihə təklifinin forması

5 nömrəli əlavə – Xərclər smetası

6 nömrəli əlavə – İcra planı

 

Əlaqə:

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 şəhəri,

Telefon: (+99412) 599 11 55 / 5166

Faks: (+99412) 496 06 47

Email: grants@edu.gov.az