15.02.2018

Kotirovka sorğusunun nəticələrinə dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı filialı qalib elan edilib və həmin təşkilat ilə 15 fevral 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.