04.01.2014

2015-2016-cı tədris ilində ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış 1468 vakant yerə əlavə yerləşdirmə elan edilir

Əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3 sentyabr 2015-ci il tarixdən başlanacaq və 6 sentyabr 2015-ci il tarixdə saat 15:00-da başa çatacaqdır. Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz “Şəxsi səhifə”lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr 2015-ci il tarixdə saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcəkdir.

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə elan edir.  Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron ünvanına göndərməlidir.

 

Müsabiqədə iştirak üçün tələblər:

• Ali təhsil;

• Ən azı 3 il pedaqoji iş təcrübəsi;

• Tədris etdiyi fənn üzrə yüksək  bilik səviyyəsi;

• Kompüter bilikləri;

• Azərbaycan dilində səlis nitq; 

• Komandada işləmək və əməkdaşlıq bacarığı;

• Məsuliyyətli, tələbkar və dəqiq.

Namizədlərin xarici dil bilməsi arzuolunandır.

 

Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər  təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.