Şahin Bəbir oğlu İsgəndərov

Təminat və təchizat sektorunun müdiri

 

İsgəndərov Şahin Bəbir oğlu 16 fevral 1982-ci ildə anadan olub. 

1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006 -2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012 – 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

1999-2003-cü illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil Nazirliyində aparıcı mühasib, 2005-2010-ci illərdə Təhsil Nazirliyində təsərrüfat müdiri, 2010-2013-ci illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində maliyyə menecerinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası təhsil nazirinin 2013-cü il 15 noyabr  tarixli əmri ilə Təminat və təchizat  sektorunun müdiri vəzifəsinə təyin edilib.