“Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsinin keçirilməsi barədə Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdirinin əmri

Məktəblilərdə nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, sənətə, incəsənətə olan marağı artırmaq, bu sahədə bacarıqlarının, yaradıcılıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsinə dəstək vermək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1.Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin  I-XI  sinif şagirdləri arasında 2016-cı ilin mart-may aylarında “Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi  keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).  

3.Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın.

Səbail və Nəsimi rayonları - Muğalova Mehriban (46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru).

Xəzər rayonu-Həmdullayeva İlhamə (28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Xətai və Nizami rayonları - Mustafayeva Könül (Yeniyetmələrin 22 nömrəli Yaradıcılıq  Mərkəzinin direktoru).

Pirallahı rayonu-Bəşirova Sevda (29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Yasamal və Qaradağ rayonları-Mirzəyeva Elvira (33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Nərimanov rayonu-Təhməzova Fatma (21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

Binəqədi rayonu-Nəbiyev Ziyat (26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru).

Suraxanı və Sabunçu rayonları-Quliyeva Zərif (32 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan  Əsasnaməyə uyğun olaraq   müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

6.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi  müdir müavini N.Səfərovaya tapşırılsın.

7.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

9.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

17 mart  2016-cı il

№119


 

“Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsinin keçirilməsi barədə əsasnamə