“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumşəhər  mahnı və rəqs festivalının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Prezidentinin  2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək, yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünəinam, vətənə  məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Uşaqların Beynəlxalq  Müdafiəsi Günü”nə həsr olunmuş ümumşəhər mahnı və rəqs  festivalına hazırlıq işləri  2016-cı  ilin aprel-may  aylarında aparılsın və yekun tədbiri 1 iyun tarixində keçirilsin.

2.Festivalın təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Festivalın yüksək səviyyədə keçirilməsini təmin etsin.

4. Müdir müavini N.Səfərova Festivalın keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

5.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

6.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas:  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planı.     

 

                                          

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

21 aprel 2016-cı il

162