Azərbaycan Respublikası Təhsil nazirinin 30.08.2016-cı il tarixli 592 nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsi, təhsil alanların hüquqazidd hərəkətlərdən qorunması, valideyinlərdə övladlarının təhsil şəraiti barədə məlumatlılığı və məmnunluğunun artırılması, təhsil prosesinin bütün iştirakçıları tərəfindən dövlət təhsil standartlarının tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Təhsil nazirinin 30.08.2016-cı il tarixli 592 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 30.08.2016-cı il tarixli 592 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2016/2017-ci tədris ilindən etibarən siyahısı bu əmrə əlavə olunan ümumi təhsil müəssisələrində “Məktəblinin dostu ” pilot layihəsinin həyata keçirilməsi nəzərə alınsın (əlavə olunur).

3. Pilot ümumtəhsil məktəblərinin direktorları:

3.1. “Məktəblinin dostu”layihəsinin tələblərindən irəli gələn bütün vəzifə və tapşırıqların yerinə yetirilməsini təmin etsinlər.

3.2. “Məktəblinin dostu” layihəsinin məktəbdə həyata keçirilməsi məqsədilə təhlükəsiz və etibarlı giriş-çıxış sisteminin yaradılmasını, videomüşahidə üçün  tələb olunan otağın  ayrılmasını və müvafiq şəraitin yaradılmasını təmin etsinlər.

3.3. Layihənin məqsədi və vəzifələri ilə bağlı təhsil prosesinin bütün iştirakçılarının və xüsusilə valideyinlərin öz övladlarının təhsil şəraiti barədə davamlı məlumatlandırılmasını təmin etsinlər.

4. Layihənin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

Qrupun rəhbəri:

Məhəbbət Vəliyeva

Qrupun üzvləri:

Nərgiz Səfərova                               - müdir müavini

Avaz Yusifov                                     - Ümumi təhsil sektorunun müdiri

Raman Məmmədov                         - İnsan resursları sektorunun müdiri

Sərxan Rzayev                                 - Daxili nəzarət sektorunun baş məsləhətçisi

İlhamə Abullayeva                           - İnformasiya təminatı sektorunun müdiri

Lamiyə Şərəfxanova                       - İnkişaf layihələri sektorunun müdiri

Arzu Tairquliyeva                             - İctimaiyyətlə əlaqə sektorunun müdiri

Sevinc Rəsulova                              - Ümumi sektorun müdiri

Aydan Əzimzadə                              - Bakı şəhəri 198 nömrəli tam orta məktəbin psixoloqu

Gülgəz Güləhmədova                     - Bakı şəhəri 155 nömrəli tam orta məktəbin psixoloqu

Mehriban Verdiyeva                        - Bakı şəhəri 92 nömrəli tam orta məktəbin psixoloqu

5. İşçi qrupuna layihənin icra müddətində tapşırılsın:

5.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 30 ümumtəhsil məktəbində layihənin yüksək səviyyədə həyata keçirilməsini təmin etsin.

5.2. Layihənin yüksək səviyyədə idarəetmə strukturunun formalaşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə işçi qrupunun tərkibində olan 3 nəfər psixoloqun 11- 17 sentyabr 2016- cı tarixində Gürcüstan Respublikasına səfər etməsini təmin etsin.

5.3. Layihənin icrası ilə bağlı ümumtəhsil müəssisələrinə lazım olan müvafiq köməklik göstərilməsini təmin etsin.

5.4. Layihənin icrası müddətində məktəblərin fəal iştirakını təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq aidiyyəti ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını və layihənin əhəmiyyəti barədə bütün ictimaiyyətin məlumatlandırılmasını və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsini təmin etsin.   

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: 1.Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 30.08.2016-cı il tarixli 592 nömrəli əmri

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

5 sentyabr 2016-cı il

                                                                                        №285

 


 

"Məktəblinin dostu" layihəsinin tətbiq olunacağı ümumtəhsil müəssisələrinin siyahısı