Azərbaycan Respublikası Təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 549 nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 549 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarı və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə” Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 549 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).

2. Məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklərin, eləcə də bu qərarın icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 549 nömrəli əmrinin məzmun və mahiyyətinin pedaqoji kollektivlərə və valideynlərə çatdırılması üzrə tədbirlər görsünlər;

2.2. məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılmasını nəzərdə tutsunlar;

2.3. sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədləri, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməsini təmin etsinlər.

2.4. məktəbəhazırlıq yaşına çatmış uşaqların sayı müəyyən edilmiş normadan az olduğu yaşayış məntəqələrində həmin uşaqların məktəbəhazırlıq təhsilinə cəlbi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə əsaslandırılmış məlumat təqdim etsinlər.

2.5. müəssisənin yerləşdiyi ərazidə fəaliyyət göstərən məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə imkan vermədiyi hallarda valideynlərin müraciətləri əsasında həmin uşaqların yerli məktəbdə məktəbəhazırlıq təhsilinə cəlbini təmin etsinlər.

3. Ümumi təhsil sektoru (A.Yusifov) ümumi təhsil müəssisələrində məktəbəhazırlığın təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarəti təmin etsin.

4. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet saytında məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin aidiyyəti ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə olunsun.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 avqust 2016-cı il

242-2