“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri 

Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ilə əlaqədar  “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika  müsabiqəsinin keçirilməsi barədə  Azərbaycan Respublikası  Təhsil nazirinin 27  sentyabr  2016-cı il tarixli 635 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil nazirinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika  müsabiqəsinin keçirilməsi barədə  27 sentyabr 2016-cı il tarixli 635 nömrəli əmri icra üçün qəbul olunsun. 

2. Müsabiqənin  Bakı şəhər mərhələsinin  keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi təsdiq  edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin  rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işləri  həyata keçirsinlər.

4. Müsabiqənin  Bakı  şəhər  mərhələsi 17 oktyabr  2016-cı il tarixdə keçirilsin. 

5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin  yüksək səviyyədə keçirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqə sektoru (B.Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 27 sentyabr 2016-cı il tarixli 635 nömrəli əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

5 oktyabr 2016-cı il

                                                                                        №318