“Ən yaxşı məktəb saytı” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyindəki ümumi təhsil müəssisələri arasında 2017-2018-ci tədris ili ərzində “Ən yaxşı məktəb saytı” müsabiqəsi (bundan sonra – Müsabiqə) keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi və Münsiflər heyətinin tərkibi təsdiq edilsin (əlavə edilir).

3. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) müsabiqənin Əsasnaməyə uyğun  təşkil edilməsini, müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və idarənin internet saytında yerləşdirilməsini təmin etsin.

4. İdarənin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.6.6-cı bəndi, 2017-ci il üçün Fəaliyyət Planı.

 

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

7  oktyabr  2017-ci il

                                                                                        №170

 


 

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin keçirilməsi barədə Əsasnamə