Əmrdə dəyişiklik edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan   Respublikası  Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli   F-122 nömrəli  əmrini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1.  “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün  keçirilməsi barədə”  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02  fevral  2018-ci il  tarixli  F-55 nömrəli  əmri ilə təsdiq edilmiş Tədbirlər planına aşağıdakı bənd əlavə  edilsin:

1.1. Ümumtəhsil məktəblərində və uşaq – gənclər inkişaf mərkəzlərində 2018-ci ilin fevral ayının 26-da  ilk  dərslər Xocalı  soyqırımına  həsr olunsun.

2. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

3. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

4.  Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.

 

Əsas: Azərbaycan   Respublikası  Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli  F-122 nömrəli  əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

16 fevral 2018-ci il

                                                                                        №F-80