Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Təhsil nazirinin 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1.  “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Təhsil nazirinin 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmri  rəhbərlik və icra üçün qəbul edilsin.

2.  Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

3.  Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) yubileylə bağlı tədbirlərin yüksək səviyyədə  keçirilməsini təmin etsin.

4.  Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) tədbirlərin məzmunu və ssenarisi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr versin.

5.  Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planından irəli gələn işlərin icrası barədə hesabatı 20.12.2018-ci il tarixədək Bakı Şəhəri üzrə Təhsil  İdarəsinə  təqdim etsinlər.

6.  Ümumi sektor (V.Mirzəliyeva) əmrin və Tədbirlər planının çoxaldılıb təhsil müəssisələrinə çatdırılmasını təmin etsin. 

7. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva-Nağıyeva) yubileylə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasını və İdarənin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

8.  Əmrin icrasına nəzarət  müdir müavini N.Səfərovaya həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmri.

 

 

Məhəbbət  Vəliyeva,

Nazir müavini, Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri vəzifələrini

müvəqqəti icra  edən

30 iyul 2018-ci il

№ F-251


Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı