Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə 17.07.2013 - cü il tarixli, 739 № li əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə 17.07.2013 - cü il tarixli, 739 № li əmrinin icrasını təmin etmək məqsədi ilə 

                                                    

                                                                      ƏMR EDİRƏM:

 

    

        1.Təhsil Nazirliyinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə 17.07.2013 - cü il tarixli, 739 № li əmri icra və rəhbərlik üçün qəbul edilsin.

            2.“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın 8-ci bəndinə uyğun olaraq valideynlərin ərizələrinin 20 iyul 2013-cü il tarixdən başlayaraq 20 avqustadək qəbul edilməsi üçün zəruri tədbirlər görülsün.

           3.Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün BŞTİ - nin müdirinin rəhbərliyi ilə komissiyalar yaradılsın.

(Komissiyaların tərkibi əlavə olunur).

           4. Komissiyalar: 

           4.1 İşinə 5 avqust 2013-cü il tarixdən başlayaraq 10 sentyabr 2013-cü il tarixədək Nəsimi rayonundakı 42 № li məktəbdə saat 9.00 – dan -  18.00 –dək fəaliyyət göstərsin.

            4.2  Müsahibə prosesinin obyektiv və şəffaf keçirilməsini təmin etsin.

            5. Müdir müavini M.Bayramov komissiyaların iş prosesinin normal təşkilini təmin etsin.

            6.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

             Əsas:  Təhsil nazirinin 17.07.2013 - cü il tarixli 739 № li əmri.

 

         Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

17.07.2013-cü il

224