Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə qərarın həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.03.2014-cü il tarixli 46-20-1365/16 nömrəli məktubunun icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi barədə”  birgə qərarı icra üçün qəbul edilsin.

2. Şahmat yarışının təşkili və keçirilməsi üçün Təşkilat Komitəsinin və Hakimlər Kollegiyasının tərkibi  (1 və 2 №-li əlavələr) təsdiq edilsin.

3. Təhsil Nazirliyi və ATİAHİRK tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə uyğun olaraq şahmat yarışının aşağıdakı mərhələ və tarixlərdə keçirilməsi təmin edilsin:

I mərhələ:   təlim-tərbiyə müəssisələrində 2014-cü il aprel ayının 8 - dək;

II mərhələ:  Bakı şəhərinin rayonları  üzrə 2014-cü il aprel ayının 13 - dək.

4. Təşkilat Komitəsinə yarışlarda obyektivliyin təmin olunması və hər rayondan  yalnız birinci yerin qalibinin (soyadı, adı, atasının adı, ixtisası, iş yeri) 2014-cü il aprel ayının 15 - dək Respublika Təşkilat Komitəsinə təqdim edilməsi tapşırılsın.  

5. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) və Ümumi sektor (S. Rəsulova) əmrin əlavələrlə  birlikdə  İdarənin  internet  saytıında  yerləşdirilməsini  və  çoxaldılıb yerlərə çatdırılmasını təmin etsinlər.

6. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 05.03.2014-cü il tarixli 279 nömrəli birgə qərarı.

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

03.04.2014 -cu il

 


                                                                                                       

1 №-li əlavə

 

Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında

şahmat yarışının şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar

Təşkilat Komitəsi

 

1. Məmmədəli Kəsəmənli  - BŞTİ,  müdir müavini - həmsədr  

2. Rəsulova Sevinc             - BŞTİ  AHİK-in sədri,  Ümumi sektorun müdiri - həmsədr

3. Əzizov Afiq                    - BŞTİ,  Məktəbdənkənar təhsil sektorunun müdiri - üzv

4. Qurbanov Vahid             - BŞTİ,  Metodiki Kabinetin müdiri - üzv

5. Ələkbərov Natiq             -1№-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-

                                            Gənclər Şahmat-Dama İdman Məktəbinin direktoru  - üzv

6. Hacıyeva  Almaz              -ATİAHİ  Binəqədi RK-nin sədri    - üzv

7. Əbilov Həzərxan              -ATİAHİ  Xəzər  RK-nin sədri        - üzv

8. Rzayeva  Zümrüd             -ATİAHİ  Qaradağ  RK-nin sədri    - üzv

9. Əliyev Cəmil                     -ATİAHİ  Xətai  RK-nin sədri         - üzv

10. Sadıqov  Fazil                -ATİAHİ  Nəsimi  RK-nin sədri      - üzv

11. Hüseynova Gülarə         -ATİAHİ  Nərimanov RK-nin sədri - üzv

12. Əliyev Fərhad                -ATİAHİ  Nizami  RK-nin sədri      - üzv

13. Babayev Vaqif                -ATİAHİ  Sabunçu RK-nin sədri     - üzv

14. Xəlilov Akif                     -ATİAHİ  Suraxanı  RK-nin sədri   - üzv

15. Abbasov Mükafat           -ATİAHİ  Səbail  RK-nin sədri       - üzv

16. Həmidov Elçin                -ATİAHİ  Yasamal  RK-nin sədri    - üzv

 

 

 

2 №-li əlavə

 

Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında

şahmat yarışının şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar

Hakimlər Kollegiyası

 

1.Rzayev Mehman         - Şahmat üzrə idman ustası, Idərəcəli hakim - sədr

2. İsmayılova Pərvanə   - Şahmat üzrə Fide ustası                                - üzv

3. İsmayılov Tofiq          - Şahmat üzrə idman ustası                              - üzv

 4. Musayev Eldar          - Şahmat üzrə idman ustalığına namizəd, I dərəcəli hakim -üzv