"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin kimya elminə olan marağının daha da artırılması, bilik, bacarıq və yaradıcılıq qabiliyyətinin təkmilləşdirilməsi, bu sahədə isdedadlı uşaqların aşkara çıxarılması və dərnək şəbəkəsinin genişləndirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Bakı şəhər məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri arasında “ Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”  2015- ci  ilin fevral ayında keçirilsin.

2. Müsabiqənin  əsasnaməsi,  təşkilat  komitəsinin  tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Məktəbdənkənar  təhsil  müəssisələrinin  rəhbərləri  müsabiqənin keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyta keçirsinlər və müvafiq sənədlərin vaxtında şəhər təşkilat komitəsinə təqdim olunmasını təmin etsinlər.

4. Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün təşkilati – metodiki işlərin görülməsi Bakı şəhəri 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru H.Qaralova tapşırılsın.

5. Məktəbdənkənr  təhsil  sektoru (A.Əzizov) müsabiqənin şəhər mərhələsinin yüksək səviyyədə keçirilməsini təmin etsin.

6.İctimaiyyətlə  əlaqələr sektoru (A.Tairquliyeva) və  Ümumi sektor (S.Rəsulova)  əmrin  əlavələrlə  birlikdə  İdarənin  internet  səhifəsində  yerləşdirilməsini  və  yerlərə korporativ emaillərlə göndərilməsini  təmin etsinlər.

7.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini     M.Kəsəmənliyə həvalə olunsun.

Əsas:Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.

 

                                                                                                         Ceyhun Bayramov

Nazir müavini,

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                       müdir səlahiyyətlərini müvəqqəti icra edən

11.02.2015-ci il