Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Cari il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr iyulun 21-dən avqustun 3-dək Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilsin.

2.Müsahibə komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini N.Səfərova komissiya üzvlərinin əməyinin ödənilməsi ilə bağlı məsələləri həll etsin.

4.Ümumi təhsil sektoru (A.Yusifov), İnformasiya təminatı sektoru (D.Əhədova) xüsusi istedada malik uşaqların valideynlərinin 01-31 iyul ərzində elektron qeydiyyatdan keçmələrini təmin etsinlər.

5.Təminat və təchizat sektoru (Ş.İsgəndərov) komissiyaların fəaliyyəti dövründə müsahibə mərkəzinin mühafizəsinin təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsini, müsahibə otaqlarında videoçəkilişlərin aparılmasını və digər təchizat məsələlərinin həllini təmin etsin.

6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.gov.azsaytında yerləşdirilməsini təmin etsin.

7.Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq BŞTİ-nin aidiyyəti struktur bölmələrinə və 42 nömrəli tam orta məktəbə çatdırılmasını təmin etsin.

8.42 nömrəli tam orta məktəbin direktoru F.Həsənova komissiyaların səmərəli fəaliyyətininin təşkili üçün müvafiq şərait yaradılmasını təmin etsin.

9.BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət etsin.

10.Əmrin icrasına nəzarət I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı və şagird qəbulu üzrə İşçi qrupun sədri, BŞTİ-nin müdir müaviniMəhəbbət Vəliyevaya həvalə edilsin.

 

Əsas: müvafiq dərkənarla nazir müavini C.Bayramovun təqdimatı.

 

Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov