“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

 “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

                                                                         

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həmin əmrdən irəli gələn vəzifələrin icrası ilə bağlı Fəaliyyət planı təsdiq olunsun (əlavə edilir).

3.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

3.1.Bu əmrin və Fəaliyyət planının mahiyyəti barədə rəhbərlik etdikləri məktəblərin pedaqoji kollektivlərinin məlumatlandırılmasını, həmin sənədlərdə təsbit edilmiş müddəaların icrası məqsədilə müəssisənin tədbirlər planını hazırlayıb təsdiq etsinlər;

3.2. Müəssisənin tədbirlər planının icrası ilə bağlı təşkilati-pedaqoji məsələləri həll etsinlər;

3.3.Tədbirlər planının icrası barədə 2015-ci ilin noyabr, 2016-cı ilin mart ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə arayış təqdim etsinlər.

4. Ümumi təhsil sektoru (A.Yusifov), İnkişaf layihələri sektoru (L.Şərərfxanova) və Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Metodik Mərkəz (V.Qurbanov):

4.1. Fəaliyyət planındakı tədbirlərin yerinə yetirilməsini nəzarətdə saxlasınlar;

4.2. Ümumtəhsil müəssisələrinə tədbirlər planlarının həyata keçirilməsi ilə əlaqədar əməli kömək göstərsinlər;

4.3. Müəyyən edilmiş vaxtlarda məktəblərdən tədbirlər planlarının icrasına dair arayışların toplanmasını və ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru bu əmrin BŞTİ-nin internet saytında yerləşdirilməsini təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil
aİdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən
Ceyhun Bayramov

29 oktyabr 2015 – ci i

№ 263

 

 


 

 

 Əlavə: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı