General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “General Səməd bəy Mehmandarovun160 illik yubileyinin keçirilməsihaqqında”  20.10.2015-ci il tarixli, 1012 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri icra üçün qəbul edilsin.

2.“General Səməd bəy Mehmandarovun160 illik yubileyinin keçirilməsihaqqında” Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3.Ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin rəhbərləri Tədbirlər  Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatları 21 dekabr 2015-ci il tarixədək Təhsil İdarəsinə təhvil versinlər.

4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Tədbirlər Planının yüksək səviyyədə həyata  keçirilməsini təmin etsin.

5.Ümumi sektor (S.Rəsulova) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri.

 

 

 

Nazir müavini, Bakı Şəhəri

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

03 noyabr 2015 – ci il

№ 270

 


 

Əlavə: “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı