İnşa yazı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil  müəssisələrində  uşaq və  gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim"  mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi barədə 19.10.2015-ci il tarixli 1009  nömrəli  əmrinin  icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

        

1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009  nömrəli  əmri icra üçün qəbul edilsin.

2.Bakı  şəhəri  ümumtəhsil məktəblərinin  IX-XI  sinif şagirdlərinin iştirakı ilə  "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi 2015-ci ilin oktyabr - dekabr  ayları ərzində keçirilsin.

3.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

5.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

6.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

     

        Əsas:Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009 nömrəli əmri. 

 

       Nazir müavini, Bakı Şəhəri

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

       04 oktyabr 2015 - ci il

               № 276


 

Əlavə: Müsabiqənin əsasnaməsi.