Əmrdə qismən dəyişikliklər edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” 28.10.2015-ci il tarixli 261 nömrəli əmri ilə “2015-2016-cı dərs ilində Bakı şəhərində ödənişli pilot məktəbəhazırlıq·qruplarının təşkil olunacağı ümumtəhsil məktəblərinin siyahısı” təsdiq olunmuş və 133 məktəbdə belə qrupların fəaliyyət göstərəcəyi nəzərdə tutulmuşdur.

Bundan sonra Xəzər rayonu 26, Xətai rayonu 27 və Nəsimi rayonu 42 nömrəli məktəblərdən övladlarının məktəbəhazırlıq qruplarında təhsil almasını arzu edən valideynlərin müəssisələrə müraciətlərinin artdığını bildirən məlumatlar daxil olmuşdur.

Göstərilənləri və məktəbəhazırlıq təhsilinin cəmiyyətdə rəğbətlə qarşılandığını nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” 28.10.2015-ci il tarixli 261 nömrəli əmri ilə təsdiq edilmiş “2015-2016-cı dərs ilində Bakı şəhərində ödənişli pilot məktəbəhazırlıq·qruplarının təşkil olunacağı ümumtəhsil məktəblərinin siyahısı”na Xəzər rayonu 26, Xətai rayonu 27 və Nəsimi rayonu 42 nömrəli məktəblər əlavə edilsin.

2. Müdir müavini (N.Səfərova) həmin məktəblərdə məktəbəhazırlıq qruplarının təşkil olunması üçün müvafiq maliyyə və təchizat məsələlərini həll etsin.

3. Ümumi təhsil sektoru (A.Yusifov), İnformasiya təminatı sektoru (O.Abasov) bu əmrdən irəli gələn digər məsələləri həll etsinlər.

4. Ümumi sektor (S.Rəsulova) əmrin həmin məktəblərə çatdırılmasını təmin

etsin.

Əsas: BŞTİ-nin müdir müavinləri M.Kəsəmənli və N.Səfərovanm 30.10.2015-ci il tarixli təqdimatı.

 

 

Ceyhun Bayramov

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

müdir səlahiyyətlərini müvəqqəti icra edən

30.10.2015-ci il

№ 268