Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” 03.10.2014-cü il tarixli 1050 №-li əmrinin 4-cü bəndinin icra edilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” 03.10.2014-cü il tarixli 1050 №-li əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Əmrə əlavə olunmuş siyahıda göstərilmiş məktəblərin direktorlarına tapşırılsın (1 №-li əlavə):

- ən azı 5 (beş) ən çoxu 15 (on beş) şagirddən ibarət məktəbəhazırlıq qrupları təşkil olunsun;

- qruplarda dərs deyəcək ixtisaslı müəllimlərin siyahısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə  təqdim edilsin;

- övladlarının ödənişli məktəbəhazırlıq  qruplarında təhsil almasını istəyən valideynlərlə  məktəb arasında müqavilələrin bağlanması təmin edilsin (Müqavilə forması əlavə edilir).

3. Ümumi təhsil sektoru (M.Kəsəmənli) məktəbəhazırlıq qruplarında təhsilin müvafiq dövlət standartları əsasında təşkil olunmasına nəzarət olunmasını və Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrində göstərilmiş metodik tövsiyyənin məktəblərə çatdırılmasını təmin etsin.

4. Müdir müavininə (N.Səfərova), Maliyyə və mühasibatlıq (E.Mehdiyeva), Təminat və təchizat (Ş.İsgəndərov) sektorlarına tapşırılsın:

- məktəbəhazırlıq qruplarının təşkil olunması üçün müvafiq maliyyə və təchizat məsələlərini həll edilsin;

- məktəbəhazırlıq qruplarında aylıq xidmət haqqının məbləği  40 (qırx) manat müəyyən edilsin;

- 5 nəfərdən ibarət olan qruplarda valideynlər tərəfindən ödənilən xidməthaqqı bütövlükdə orda dərs deyən müəllimə maaş təyin edilsin (5x40 manat=200 manat);

- şagirdlərinin sayı  5 (beş) nəfərdən yuxarı olan qruplarda hər əlavə şagirdə görə odənilən məbləğin  50 (əlli) %-i  müəllimin  təyin edilmiş maaşına əlavə olunsun, ödənilən məbləğin qalan 50(əlli) %-i  məktəbəhazırlıqla bağlı yaranan təşkilati  məsələlərə, məktəbin digər xərclərinin ödənilməsinə, digər işçilərin mükafatlandırılmasına sərf edilsin;

- bu sahədə olan təcrübəsini nəzərə alaraq əmrə əlavə olunmuş siyahıda göstərilmiş məktəblərdə məktəbəhazırlıq kurslarının təşkil edilməsi “Kaspi Kids” MMC – yə həvalə edilsin (2 №-li əlavə). Məktəbəhazırlıq qruplarının fəaliyyətindən əldə edilən gəlirinin məktəbin hesabına keçiriləcək nisbəti 10 (on) % müəyyən edilsin və bununla bağlı “Kaspi Kids” MMC ilə məktəblər arasında müvafiq müqavilələrin imzalanması təmin edilsin (Müqavilə forması əlavə edilir).

5. İnformasiya təminatı sektoru (D.Əhədova) və Ümumi təhsil sektoru (M.Kəsəmənli) məktəbəhazırlıq qruplarında tədrisin gedişi barədə mütəmadi olaraq hesabatlar hazırlayıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təqdim etsinlər.

6.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinə və siyahı üzrə məktəblərə çatdırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” 03.10.2014-cü il tarixli 1050 №-li əmri, BŞTİ-nin müdir müavinləri M.Kəsəmənli və N.Səfərovanın 08.10.2014-cü il tarixli təqdimatı

 

Elnur Əliyev

Bakı Şəhəri üzrə Təhsil  

                                                                                   İdarəsinin müdir əvəzi 

10.10.2014

№ 174-1   

 

 

 


 

2014-2015-ci dərs ilində Bakı şəhərində ödənişli pilot məktəbəhazırlıq qruplarının təşkil olunacağı ümumtəhsil məktəblərinin siyahısı