Fəaliyyət istiqamətləri

 

Təhsil müəssisələrində tədrisin təşkili və keyfiyyətə nəzarətin həyata keçirilməsi;

Məktəbəhazırlıq prosesinin  təşkilinə nəzarət işinin həyata keçirilməsi;

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu” prosesinin tənzimlənməsi;

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi;

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsil sənədlərinin (attestatların)   verilməsi;

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili;

İstedadlı uşaq və gənclərlə işin təşkili (Respublika fənn olimpiadaları, fənn müsabiqələri,  bilik yarışları  və s.);

Xarici ölkələrdə təhsil almış şagirdlərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə məktəblərə qəbulunu və yerdəyişməsini tənzimləmək məqsədilə komissiyanın fəaliyyətinin təşkili;

Sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilə cəlb edilməsini təmin edən Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinin tənzimlənməsi;

Yeni hüquqi normativ sənədlərin layihələrinin hazırlanması və mövcud hüquqi normativ bazanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;

Daxil olan sənədlərin icrası;

Vətəndaşların qəbulunun keçirilməsi, onların ərizə və müraciətlərinə baxılması.