İnsan resursları sektorunun fəaliyyət istiqamətləri

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadr siyasəti və strategiyası üzrə öhdəliklərinin həyata keçirilməsi;

Dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkili və təkmilləşdirilməsi, kadr təminatı ilə əlaqədar təhsil, əmək və digər əlaqədar qanunvericiliyin müvafiq müddəalarının həyata keçirilməsi;

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təlim-tərbiyə müəssisələrində kadrlara оlan real tələbatın müəyyənləşdirilməsi, ehtiyacın təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi;

İdarənin struktur bölmələrində, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kadr işinin aparılmasına metodiki rəhbərliyin həyata keçirilməsi, əmək qanunvericiliyinin yerinə yetirilməsi vəziyyətinə nəzarətin təşkili;

Kadr işinin aparılması ilə əlaqədar vəziyyətin ümumi təhlili, pozitiv nəticələrin müdafiəsi və bu istiqamətdə qabaqcıl iş təcrübəsinin yayılması;

Yerlərdə rəhbər və pedaqoji kadrlarla aparılan işin təkmilləşdirilməsi, onların əməyinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi;

Rəhbər və pedaqoji kadrlar üçün nəzərdə tutulan ixtisasartırma, yenidənhazırlanma və təkmilləşmə tədbirlərinin tənzimlənməsi.