Fəaliyyət istiqamətləri

 

Təhsil müəssisələrində məktəbdənkənar fəaliyyətlərin səmərəli təşkili, təhsilalanların davamlı inkişafı və nailiyyətlərinin yüksəldilməsi istiqamətində innovativ yanaşmaları əks etdirən layihələrin həyata keçirilməsi;

Elm və Təhsil  Nazirliyi  tərəfindən həyata  keçirilən layihələrin Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində  icrasına  nəzarətin təşkili  və koordinasiyanın  aparılması;

İstedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində müxtəlif tədbirlərin təşkil edilməsi;

Uşaq,  yeniyetmə  və  gənclərin meyil, maraq, bacarıq və yaradıcılıq qabiliyyətlərinin, fiziki imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi;

Məktəblilərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə mexanizmlərinin təşkil edilməsi və təkmilləşdirilməsi;

Məktəblilərə hüquq və vəzifələrinin, yol hərəkəti və fövqəladə hallar zamanı davranış qaydalarının, sağlam həyat tərzinin öyrədilməsi istiqamətində aidiyyəti  orqanlarla birgə tədbirlərin təşkil edilməsi;

Ekoloji maarifləndirmə, ekoloji təhsilin təşviqi və cəmiyyətdə ailə dəyərlərinin qorunması istiqamətində tədbirlərin keçirilməsi;

Təhsil müəssisələrində məktəb kitabxanalarının, muzeylərin, guşələrin işinin canlandırılmasına köməklik göstərilməsi;

Məktəblilərin asudə vaxtlarının səmərəli və mənalı təşkili üçün əlverişli şəraitin yaradılması, onların dünyagörüşlərinin artırılması, bilik, bacarıq və qabiliyyətlərinin, peşə istiqamətlərinin, yaradıcılıq potensiallarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi;

Məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi məqsədilə elmi-praktik konfransların,  müsabiqələrin, tədbirlərin təşkil və koordinasiya edilməsi, işgüzar görüşlərin keçirilməsi və məktəblərarası rəqabətliliyin artırılması;

Təhsil müəssisələrində məktəbdənkənar fəaliyyətlərin təşkili və tərbiyə prosesinin mövcud vəziyyətinin öyrənilməsi və müvafiq təkliflərin irəli sürülməsi məqsədilə keçirilən monitorinqlərdə iştirak edilməsi, aparılan monitorinqlər üzrə ümumiləşdirmə və təsnifatlandırmanın təmin edilməsi, ehtiyaclara uyğun proqramların həyata keçirilməsi istiqamətində təhsil müəssisəsinin rəhbərliyi ilə müzakirələr aparılması və nəzarət işinin təşkil edilməsi;

Ümumi təhsil məktəblərinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarıuşaq birliyi təşkilatı rəhbərlərinin fəaliyyətinin planlaşdırılması, həmçinin görülmüş işlərə dair hesabatların hazırlanmasının təşkil edilməsi;

Dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və vətəndaşlardan daxil olan layihə və təkliflərin dəyərləndirilməsi sahəsində müvafiq işlərin həyata keçirilməsi;

Müəllim, valideyn, şagird münasibətlərinin və məktəb mühitinin inkişafını əhatə edən layihələrin hazırlanması və bu sahədə əlaqələndirmə işinin təşkil edilməsi.