Ümumi sektorun fəaliyyət istiqamətləri

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektoru kargüzarlığın  müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə BŞTİ-nin bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir, kargüzarların peşə hazırlığını artırmaq üçün tədbirlər görür.

BŞTİ-də və İdarənin tabeliyindəki müəssisələrdə vətəndaşların qəbulunu,  onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”  Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və  müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir.

BŞTİ-də və İdarənin tabeliyindəki müəssisələrdə arxiv işini təşkil edir, o cümlədən, sənədləri  saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təşkil edir.

BŞTİ-nin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir.

Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.