Apellyasiya komissiyalarının təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral     2016-cı il tarixli 108 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 25 fevral 2016-cı il tarixli 93 nömrəli əmrlərin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM

 

1. 2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 6 təhsil müəssisəsində təşkil olunacaq apellyasiya komissiyalarının (bundan sonra Komissiya) dislokasiyası və tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Qeyd olunan müəssisə rəhbərləri:

2.1. Komissiyanın işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılmasını;

2.2. Komissiya və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərəçarpan yerdə (qəbul günləri və saatları, məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsini təmin etsinlər.

3. Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən  sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərir. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 1000-dan 1600-dək həyata keçirilir. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil edilir.

4. Komissiya rəhbərlərinə tapşırılsın:

4.1. vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılmasını;

4.2. işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini;

4.3. müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini;

4.4. təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etsinlər.

5. Müdir müavini N.Səfərova komissiyalarının iş otaqlarının zəruri avadanlıqlarla təchizatı, komissiya üzvlərinin əməyinin ödənilməsi və bu əmrdən irəli gələn digər maliyyə məsələlərini həll etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) komissiyaların ünvanları və iş rejimi barədə məlumatları İdarənin rəsmi saytında yerləşdirilməsini təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılaraq bütün təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərov həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin “2016/2017-ci dərs ili üçün          I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2016-cı il tarixli 108 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 25 fevral 2016-cı il tarixli 93 nömrəli əmrləri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

26 fevral 2016-cı il

96


Açar sözlər: ,  ,  ,