“2019-2020-ci dərs ili üçün Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri, lisey və  gimnaziyaların I sinfinə şagird qəbulunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 11 mart 2019-cu il tarixli F-123 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.“2019-2020-ci dərs ili üçün Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələri, lisey və gimnaziyaların I sinfinə şagird qəbulunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri, o cümlədən Bakı şəhərində yerləşən məcburi köçkün məktəblərinin I sinfinə şagird qəbulu üzrə ərizələrin elektron qeydiyyatı mektebeqebul.edu.az elektron sistemində həyata keçirilsin.

3. mektebeqebul.edu.az elektron sisteminin idarəolunması üzrə sistem administratoru hüququ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini (İ.Abdullayeva)  həvalə edilsin.

4. Ümumi sektor (S.Rəsulova) bu əmrin və Qaydaların çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarəti  öz üzərimdə saxlayıram.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  11 mart 2019-cu il tarixli F-123 nömrəli əmri.

     

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

12  mart  2019-cu il

                                                                                        № F-130


 

2019-2020-ci dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları