2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamələrin verilməsi barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin  əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nı, Azərbaycan Respublikasının təhsil nazirinin “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiqi haqqında 01 may 2015-ci il tarixli 536 nömrəli əmrini rəhbər tutaraq və 2015-2016-cı dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhərinin ümumi təhsil müəssisələrinin IX sinfini 2015-2016-cı dərs ilində bitirmiş siyahıda göstərilən məzunlara xüsusi nümunəli şəhadətnamə verilsin (siyahı əlavə olunur).

2. Ümumi təhsil sektoru (A.Yusifov) həmin məzunlar üçün Təhsil Nazirliyindən xüsusi nümunəli şəhadətnamələrin mövcud qaydalara uyğun alınıb ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

3. Ümumi təhsil müəssisələrinin direktorları:

3.1. 01.08.2016-cı il tarixədək müvafiq sənədləri təqdim edərək xüsusi nümunəli şəhadətnamələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınıb doldurulmasını;

3.2. “Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə blanklarının uçotu və verilməsi” kitabında müvafiq qeydlərin aparılmasını;

3.3. Azərbaycan Respublikasının təhsil nazirinin “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiqi haqqında 01 may 2015-ci il tarixli 536 nömrəli əmrinin 5-ci bəndinə uyğun olaraq ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamələrin məzunlara təntənəli şəraitdə təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) ümumtəhsil müəssisələri tərəfindən məzunların adına yazılmış xüsusi nümunəli şəhadətnamələr barədə məlumatların müəyyən edilmiş qaydada “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti təmin etsin.

5. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) bu əmrin bakuedu.gov.az saytında yerləşdirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin aidiyyəti müəssisələrə çatdırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

 

                Əsas: Ümumi təhsil müəssisələrinin məktubları və pedaqoji şura iclaslarının protokollarından çıxarışlar.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

25 iyul 2016-cı il

                                                                                        №234

 

 


Əlavə:

 

2015-2016-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil müəssisələrinin IX sinfini bitirib xüsusi nümunəli şəhadətnaməyə layiq görülmüş məzunların siyahısı