Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyun 2017-ci il tarixli 129 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyun 2017-ci il tarixli 129 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

ƏMR EDİRƏM:

 

1. “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyun 2017-ci il tarixli 129 nömrəli əmri icra üçün qəbul olunsun.

2. Ümumi təhsil sektorunun müdiri L.Şərəfxanova:

2.1.Ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi ilə əlaqədar yeni qaydanın qüvvəyə minməsi və Təhsil Nazirliyinin 01 may 2015-ci il tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası”nın qüvvədən düşməsi haqqında sektor əməkdaşlarının müvafiq qaydada məlumatlandırılmasını təmin etsin.

3. Ümumi təhsil müəssisələrinin məsləhətçi kuratorları “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın qüvvəyə minməsi və adı çəkilən qaydada nəzərdə tutulmuş əsas müddəaların izahı məqsədilə  aidiyyəti kurasiya üzrə onlara təhkim edilmiş ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsini təmin etsinlər.

4. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin idarənin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyun 2017-ci il tarixli 129 nömrəli əmri.

 

   Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

13 iyun 2017-ci il

                                                                                        №91