Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunun keçirilməsi və  müsahibənin təşkili məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Cari il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr iyunun 20-dən etibarən Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilsin.

2. Müsahibə komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) xüsusi istedada malik uşaqların www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçmələrini təmin etsin.

4. Ümumi təhsil sektoru (L.Şərəfxanova) tapşırılsın.

4.1. Müsahibə komissiyasının üzvləri və TDM (S. Bəktaşi) ilə birlikdə xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə alətləri və vəsaitlərinin hazırlanmasını təmin etsın.

4.2. Komissiyanın fəaliyyətinin tənzimlənməsini, rəylər əsasında hazırlanmış protokolların rəhbərliyə təqdim edilməsini təmin etsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini (E. Mehdiyeva) komissiya üzvlərinin əməyinin ödənilməsi ilə bağlı məsələləri həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) komissiyaların fəaliyyəti dövründə müsahibə mərkəzinin mühafizəsinin təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsini, müsahibə otaqlarında videoçəkilişlərin aparılmasını və digər təchizat məsələlərinin həllini təmin etsin.

7. İctimaiyyətlə əlaqə sektoru (B.Məmmədov) müsahibələrin aparılması qaydalarının  və digər aidiyyəti məlumatların www.bakuedu.gov.az saytında yerləşdirilməsini və digər məlumatlandırmanın aparılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq BŞTİ-nin aidiyyəti struktur bölmələrinə və 42 nömrəli tam orta məktəbə çatdırılmasını təmin etsin.

9. 42 nömrəli tam orta məktəbin direktoru (F.Həmidova) komissiyaların səmərəli fəaliyyətininin təşkili üçün müvafiq şərait yaradılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikasının təhsil nazirinin 17.07.2013-cü il tarixli 739 nömrəli əmri.

 

 Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

23 iyun 2017-ci il

                                                                                        №100