Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 1107 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 706) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası"nın 1.1-ci bəndinin on üçüncü abzasında, 2.14.1-ci yarımbəndinin on doqquzuncu abzasında (birinci halda) və 2.16-cı bəndinin ikinci abzasında "Təhsil Problemləri" sözləri "Təhsil" sözü ilə əvəz edilsin.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 fevral 2017-ci il

№ 47