20 Yanvar faciəsinin iyirmi səkkizinci İldönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün qeyd edilməsi barədə” 04.01.2018-ci il tarixli, 10 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Əmrin icrası ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin  (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrində 17-20 yanvar 2018-ci il tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

3. Təhsil müəssisələrinin rəhbərləri əmrin icrası ilə əlaqədar görülmüş işlər barədə hesabatları 31 yanvar 2018-ci il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.  

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavinin 04.01.2018-ci il tarixli, 10 nömrəli əmri.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

17 yanvar 2018-ci il

                                                                                        №F22