Əmrin icrasının təmin edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127  nömrəli əmri ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasına dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir. Təhsil Nazirliyinin qeyd olunan əmrinin icrasını təmin etmək məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası təhsil nazirinin 13 mart  2019-cu il tarixli, F-127 nömrəli  əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Azərbaycan Respublikası təhsil nazirinin 13 mart  2019-cu il tarixli, F-127 nömrəli  əmrinin icrasına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə hər ilin noyabr ayında İdarənin müvafiq struktur bölməsinə hesabat təqdim etsinlər.

4. İdarənin İnkişaf layihələri (A.Tairquliyeva-Nağıyeva) və Ümumi təhsil (S.Bektaşi) sektorları Tədbirlər Planında nəzərdə tutulan müvafiq tərbirlərin icrası barədə təhsil müəssisələrindən daxil olmuş hesabatları ümumiləşdirərək rəhbərliyə təqdim etsinlər.

5. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8. İdarənin Ümumi sektorunun müdirinə (S.Rəsulova) tapşırılsın:

8.1. Tədbirlər Planının icrası üzrə yekun hesabatın müəyyənləşdirilmiş vaxtda Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin;

8.2. Bu əmrin və ona əlavələrin surətlərinin çoxaldılaraq İdarənin bütün struktur bölmələrinə və tabeliyində olan təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127  nömrəli əmri

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30 aprel  2019-cu il

                                                                                        № F-202


Tədbirlər Planı