Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” 01 avqust 2019-cu il tarixli, F-476 nömrəli əmrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil nazirinin “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” 01 avqust 2019-cu il tarixli, F-476 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üçün “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem”ində sistem admistratoru hüququ və icraya nəzarət İnformasiya təminatı sektoruna (N.Ağayev) həvalə edilsin.

3. İnformasiya təminatı sektoruna (N.Ağayev) tapşırılsın:

3.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları tərəfindən 2019-cu il avqustun 5-dək 2018-2019-cu dərs ili ərzində məktəblərini dəyişmiş şagirdlər, məktəblərdə mövcud sinif komplektləri, habelə siniflərin maksimum şagird tutumu barədə məlumatların Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (ÜTİS) yenilənməsinin təmin edilməsinə nəzarət etsin.

3.2. Valideynlərə alt-sistem vasitəsilə müraciətlərin qeydiyyatı məsələlərində köməklik  göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzlərinin yaradılması üçün müvafiq təkliflər versin.

4. Ümumi təhsil sektoru (S.Bektaşi) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin X-XI siniflərində şagird yerdəyişməsinin alt-sistem vasitəsilə tənzimlənməsini təmin etsin.

5. Müdir müavini (İ.Abdullayeva) Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və yerli təhsili idarəetmə orqanları ilə birlikdə Azərbaycan Respublikası Təhsil nazirinin “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” 01 avqust 2019-cu il tarixli, F-476 nömrəli əmrinin 5-ci və 6-cı bəndlərindən irəli gələn məsələlərin icrasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması üzrə alt-sistem”inin forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin  çoxaldılaraq  müvafiq  struktur bölmələrə  və ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” 01 avqust 2019-cu il tarixli, F-476 nömrəli əmri.

 

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

5 avqust 2019-cu il

                                                                                        № F-297