Ümumtəhsil müəssisələrinin veb səhifələrinin yaradılması barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2015-ci il  tarixli 242 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 02 mart 2015-ci il tarixli 109 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.İctimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəb, lisey və gimnaziyaların hər birinin web səhifəsinin daxil olduğu bakimektebleri.edu.az saytı yaradılsın.

2.İctimaiyyətlə əlaqə (A.Tairquliyeva) və İnformasiya təminatı (D.Əhədova) sektorları:

2.1.ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların web səhifələrinin yaradılmasını,

2.2.mövcud web səhifələrin müvafiq formata uyğunlaşdırılmasını;

2.3.web səhifələrə daxil edilmiş məlumatların yoxlanılmasını;

2.4.web səhifələrin mektebeqebul.edu.gov.az saytına inteqrasiya edilməsini;

2.5.web səhifələrdə yerləşdirilən məlumatların daimi yenilənməsinə nəzarəti təmin etsinlər.

3.Müəssisə rəhbərləri:

3.1.web səhifənin yaradılması üçün lazımi məlumatların hazırlanmasını;

3.2.mövcud web səhifənin müvafiq formata uyğun formalaşdırılmasını;

3.3.web səhifədə yerləşdirilən məlumatların daim yenilənməsini təmin etsinlər.

4.Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

5.Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərini həll etsin.

6.Əmrin icrasına nəzarət müdir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 19 fevral 2015-ci il tarixli 242 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02 mart 2015-ci il tarixli 109 əmrləri, müdir müavini, işçi qrupun rəhbəri M.Vəliyevanın xidməti məlumatı.

 

Nazir müavini,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir

                                                                                                                                                                                                                                                                                                           səlahiyyətlərini müvəqqəti icra edən

                                                                                                                                                                                                                                                                           Ceyhun Bayramov