Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bilik günü"ndə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həmin əmrdən irəli gələn vəzifələrin icrası ilə bağlı Fəaliyyət planı təsdiq olunsun (əlavə edilir).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

3.1. bu əmrin və Fəaliyyət planının mahiyyəti barədə rəhbərlik etdikləri məktəblərin pedaqoji kollektivlərinin məlumatlandırılmasını, həmin sənədlərdə təsbit edilmiş müddəaların icrası məqsədilə müəssisənin tədbirlər planının hazırlanmasını təmin etsinlər;

3.2. Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə bağlı təşkilati-pedaqoji işləri vaxtında həyata keçirsinlər;

3.3. Fəaliyyət planının icrası barədə 2015-ci ilin noyabr, 2016-cı ilin mart ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə arayış təqdim etsinlər.

4. Ümumi təhsil sektoru (A.Yusifov), İnkişaf layihələri sektoru (L.Şərərfxanova) və Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Fəaliyyət planındakı tədbirlərin yerinə yetirilməsini nəzarətdə saxlamaqla ümumtəhsil müəssisələrinə əməli köməklik göstərsinlər, müəyyən edilmiş vaxtlarda onların hesabatlarını dinləyib təkliflər hazırlasınlar.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) bu əmrin BŞTİ-nin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət müdir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun Bayramov

 Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

            müdir səlahiyyətlərinimüvəqqəti icra edən