30.03.2016

Voleybolçular beynəlxalq turnirin qalibi oldu

Bakı şəhəri 15 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələrinin nailiyyətləri artmaqda davam edir.

Qeyd edək ki, 18 – 21 mart 2016 – cı il tarixlərində Rusiyanın Sankt  -  Peterburq şəhərində 2000 – 2001  - ci  il təvəllüdlü qızlar arasında    voleybol üzrə beynəlxalq turnir keçirilib. Turnirin yarımfinal mərhələsində 15 nömrəli İOEUGİM – in komandasının rəqibləri Belarus, Estoniya və Gürcüstanın qızlardan ibarət komandaları olub. Yarımfinal mərhələsində keçirilən 3 görüşdə də 15 nömrəli İOEUGİM - in  yetirmələri bütün rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb. Finalda gərgin keçən mübarizənin nəticəsində 15 nömrəli İOEUGİM - in komandası Sankt Peterburq şəhərinin komandasını məğlub edərək I yerin qalibi adını qazanıb.

15  nömrəli Uşaq Gənclər İdman Məktəbinin voleybol üzrə qızlardan ibarət komandası kubokla, üzvləri isə qızıl medal və diplomla təltif   olunub.                   

Turnirin sonunda Azərbaycanı təmsil edən 15 nömrəli Uşaq Gənclər  İdman Məktəbinin yetirmələri milli rəqs oynayaraq bütün yarış   iştirakçılarına şirniyyatlar təqdim ediblər.

Bundan başqa, Təşkilat komitəsi yarış iştirakçıları üçün Sankt – Peterburq şəhərinin tarixi və mənzərəli yerlərinə ekskursiya da təşkil   edib.

Nəzərinizə çatdıraq ki, 15 nömrəli İOEUGİM - in komandasının məşqçisi Azərbaycanın əməkdar məşqçisi Tatyana  Korjova olub.