29.06.2016

 “Uşaqlar və yol təhlükəsizliyi” layihəsində fərqlənən müəllimlərin təqdimat mərasimi keçirilib

Bakı şəhəri  46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 2015/2016-cı dərs ilinin II yarımilində təşkil edilən  “Uşaqlar və Yol Təhlükəsizliyi layihə”sində fərqlənən müəllimlərin təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisləri polis polkovniki Mübariz Şahbazov, polis polkovniki Kamran Əliyev, polis polkovnik leytenantı Deystani İsa, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov,  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Vüsal Nağıyev, Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin əməkdaşı polis mayoru Kəmalə Ələkbərova, Avtosfer.Az.saytının rəhbəri Elməddinli Muradlı, “Həyat” Humanitar Təşkilatının rəhbəri, ekspert Azər Allahverənov, Bakı şəhəri 21, 31, 42, 126, 144 nömrəli məktəblərin, Avropa liseyinin fərqlənən  müəllimləri   iştirak  etmişlər.

Fərqlənən müəllimlər üçün 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində maarifləndirici məşğələlər təşkil edilmiş  və daha sonra  müəllimlər  dərs dediyi  şagirdlərə “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda seminarlar  keçmişdir.

Ümumilikdə 19 müəllim və “Yol Polisinin Gənc Köməkçiləri” komandasının üzvləri Daxili İşlər Nazirliyi Baş Dövlət  Yol  Polis  İdarəsinin Fəxri fərmanları ilə təltif olundular.

Eyni zamanda  Mərkəzin  şöbə müdiri Fəridə Süleymanova  uşaqlarla bağlı  yol nəqliyyat  hadisələrinin  profilaktikasında  fəal  iştirakına və  layihənin uğurla icrasına görə Fəxri fərman ilə təltif olunmuşdur.

Təqdimat Mərkəzin dərnək  üzvlərinin  konsert proqramı ilə başa çatmışdır.