30.06.2016

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatın qalibləri məlum oldu

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Azərbaycan” İntellektual Oyunlar Klubu, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə  “Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatın final oyunu keçirilmişdir.

İlk olaraq "Parlaq Zəka" məktəblilərarası II çempionatın Bakı şəhərinin rayonları üzrə seçim turları baş tutmuşdur. VIII-X sinif şagirdlərinin iştirak etdiyi layihə  ümumilikdə Bakı şəhərinin  Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nərimanov, Səbail, Qaradağ və Pirallahı rayon məktəblərini  əhatə etmişdir. Tərkibi 5 nəfərdən ibarət olan komandalar  oyun zamanı  humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində biliklərini nümayiş  etdirmişlər.

Finala vəsiqə qazanan Bakı şəhəri 16, 168, 299, 320 nömrəli tam orta məktəblər, 287 nömrəli  Zəkalar liseyi və akademik Zərifə Əliyeva adına liseyin komandaları arasından  qaliblər müəyyən olunmuşdur.

Belə ki, final mərhələsinin  nəticələrinə əsasən,  Bakı şəhəri 299 nömrəli məktəb-liseyib komandası I, 287 nömrəli  Zəkalar liseyinin komandası II, akademik Zərifə Əliyeva adına liseyin komandası isə  III yerin sahibi olmuşdur.

Qaliblər sertifikat  və hədiyyələrlə mükafatlandırılmışlar.