12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı Bakının ümumi təhsil müəssisələrində tədbirlər təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, valideyn icmalarının nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi tədbirlərdə çıxış edənlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyəti, tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndiriblər.
Tədbirlərdə ulu öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevin andiçmə mərasimlərini əks etdirən videoçarxlar, həmçinin Konstitusiya Gününə həsr olunmuş filmlər nümayiş olunub.
Şagirdlərin söylədiyi Vətənə həsr olunmuş şeirlər, Konstitusiyanın maddələri haqqında verilən məlumatlar, ifa edilən milli rəqslər və mahnılar iştirakçılar tərəfindən maraqla qarşılanıb.