05.12.2016

Məktəbdə qəhrəmanın büstünün açılışı olub

Bakı şəhərindəki general–mayor Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbdə qəhrəmanın büstünün açılış mərasimi keçirilib.

Tədbirdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları, II Dünya müharibəsinin və Aprel döyüşlərinin iştirakçıları, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanmış Həzi Aslanovun xatirəsini ehtiramla yad edən tədbir iştirakçıları general-mayorun keçdiyi şərəfli yola nəzər salıb, onun xidmətləri haqqında şagirdlərə geniş məlumat veriblər.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda  şeirlər səsləndirilib, mahnılar ifa olunub. 

Sonda Müharibə, Əmək  və Silahlı Qüvvələr  Veteranları Təşkilatı tərəfindən fəal şagirdlərə Fəxri Fərman və diplom təqdim edilib.


Açar sözlər: ,