30.12.2016

Təhsil müəssisələrində bayram tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.

Tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Bayram tədbirlərində xalqın müstəqillik üçün apardığı mücadilə və həmrəylik gününün tarixi haqqında şagirdlərə məlumat verilib. Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığını vurğulayıblar.

Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.

Şagirdlərin Vətən, həmrəylik və Yeni il ilə bağlı söylədikləri şeirlər, hazırladıqları səhnəciklər, ifa etdikləri milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: