21.02.2017

Paytaxt məktəblərində Beynəlxalq Ana dili Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Paytaxt məktəblərində “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim”, “Dilimiz qeyrətimiz” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar təşkil edilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsinin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən və əhəmiyyətindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib.

Tədbirlərdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə söhbət açılıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb.

Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, aforizmlər, atalar sözləri, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

“Dilimizin qayğıları”, “Ana dili güvənc yerimizdır”, “Azərbaycan ədəbi dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,