10.05.2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol yarışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.

“Təhsil” Respublika İdman Mərkəzinin təkilatçılığl və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb.

Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası “Nardaran kuboku”nun qalibi olub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası II yerə, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası III yerə layiq görülüb.

Qaliblər kubok, diplom və medallarla ilə təltif edilib.

Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Nardaran qəsəbəsində yerləşən 130 və 295 nömrəli tam orta məktəblərdə idmanın şahmat, cüdo, futbol, stolüstü tennis növləri üzrə bölmələr fəaliyyət göstərir, bu idman növləri üzrə mütəmadi olaraq Nardaran məktəbliləri arasında yarışlar keçirilir.